Harai · hüquqi məlumat

Məxfilik Siyasəti

Harai platformasından istifadə edərkən məlumatlarınızın necə toplandığını və istifadə olunduğunu izah edirik.

1. Ümumi müddəalar

1.1. Hazırki Məxfilik Siyasəti "https://harai.tech" saytından (bundan sonra – Platforma) istifadə edərkən toplanan məlumatların hansı məqsədlə istifadə olunduğunu tənzimləyir.

1.2. Harai komandası olaraq istifadəçilərimizin məxfiliyinə hörmətlə yanaşırıq və təqdim etdiyiniz məlumatların qorunmasına önəm veririk.

1.3. Platformadan istifadə etməklə siz bu Məxfilik Siyasətində göstərilən şərtlərlə razılaşmış olursunuz.

2. Hansı məlumatları toplayırıq?

2.1. Biz yalnız erkən giriş siyahısına qoşulduğunuz zaman könüllü olaraq təqdim etdiyiniz məlumatları toplayırıq:

2.1.1. Elektron poçt ünvanınız (sizə yeniliklər göndərmək və əlaqə saxlamaq üçün);

2.1.2. Xaricdə təhsil hədəfləriniz və sorğu cavablarınız (platformanı ehtiyaclarınıza uyğun qurmaq üçün).

2.2. Bundan əlavə, saytın işləməsini təmin etmək üçün standart texniki məlumatlar (brauzer növü, əsas analitika və səhifə ziyarət statistikası) avtomatik olaraq toplana bilər.

3. Məlumatlar nə üçün istifadə olunur?

3.1. Topladığımız məlumatlar yalnız aşağıdakı məqsədlər üçün istifadə edilir:

3.1.1. Harai platformasının yenilikləri haqqında sizə məlumat vermək;

3.1.2. Əgər istəmisinizsə, 15 dəqiqəlik tanışlıq və rəy söhbətlərini əlaqələndirmək;

3.1.3. İstifadə təcrübəsini yaxşılaşdırmaq və xidmətimizi təkmilləşdirmək.

4. Məlumatların qorunması və üçüncü tərəflərə ötürülməsi

4.1. Sizin e-poçt ünvanınız və şəxsi məlumatlarınız heç vaxt üçüncü şəxslərə satılmır, kirayə verilmir və ya kommersiya məqsədilə paylaşılmır.

4.2. Məlumatlarınız yalnız saytın işləməsi üçün istifadə etdiyimiz etibarlı texnoloji alətlərdə (məsələn, Tally və Resend kimi təhlükəsiz infrastruktur xidmətlərində) şifrələnmiş şəkildə saxlanılır.

5. Əlaqə

5.1. Məxfilik Siyasətimizlə bağlı hər hansı sualınız olarsa, bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz: help@harai.tech